Proses, elektron növbə, uyğunluq testi və komanda halında donor olma imkanları.
Məlumatlarınızı buraxın — ən yaxın filial sizinlə əlaqə saxlayacaq.
Bütün proses orta hesabla 30-40 dəqiqə çəkir, sadə tibbi yoxlamadan sonra bağış öz növbəsini gözləyir.
Onlayn formu doldurun və ya ən yaxın filiala gəlin. Şəxsiyyət vəsiqəsi kifayətdir.
Həkim qısa tibbi yoxlama aparır, hemoglobin səviyyəsi və ümumi sağlamlıq yoxlanılır.
Bağış özü 10-15 dəqiqə çəkir. Sonra çay-şirniyyatla dincəlmək üçün otaq var.
Bağışdan sonra 10-15 dəqiqə otur, bol maye için, 24 saat ağır fiziki yükdən çəkinin.
Elektron növbə ilə gələnlər sırada gözləmir — filial, tarix və saatı özünüz seçirsiniz.
Filial, tarix və uyğun saatı seçin.
Aşağıdakı şərtləri işarələyin — nə qədər çoxu uyğun gəlirsə, bir o qədər yaxınsınız.
Talassemiya diaqnozu olan xəstələr üçün qan transfuziyası tək dəfəlik yardım deyil — adətən hər 2-4 həftədən bir təkrarlanan, ömürlük tələbatdır. Respublika Qan Bankı bu xəstələr üçün müntəzəm, etibarlı donor dairəsi formalaşdırır.
Müntəzəm donor olBir nəfər deyil, bütöv komanda gələndə həm proses asanlaşır, həm ehtiyata təsir daha böyük olur. Filialımız sizin ünvanınıza mobil məntəqə göndərə bilər.